Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

“Ağ Evin gözəl mətbuat katibi və ən çox güvəndiyim köməkçilərimdən biri Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək. O, gözəl azyaşlı uşaqları və ailəsi ilə daha çox vaxt keçirə bilmək üçün bu qərarı verib. Mən bu qərarı tamamilə başa düşür və hörmətlə qarşılayıram!”

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

O bildirib ki, Livitt bundan sonra onun xarici məsələlər üzrə əsas məsləhətçilərindən biri olacaq.

“Kerolayn Ağ Evdə əsl lider olub və 2018-ci ildən etibarən, o cümlədən 2024-cü ildəki tarixi yenidən seçki kampaniyamız zamanı ədalət, azadlıq və hüquqlar uğrunda mübarizədə möhtəşəm iş görüb. Kerolayn Ağ Evin tarixində ən yaxşı mətbuat katiblərindən biri olub. Təşəkkür edirəm, Kerolayn. Əla iş gördün!”, - Tramp əlavə edib.

Mənbə: apa.az