Əraqçidən Fransaya çağırış: İnsan haqları barədə dünyaya dərs keçməyin!

Əraqçidən Fransaya çağırış: İnsan haqları barədə dünyaya dərs keçməyin!

İranın xarici işlər naziri Abbas Əraqçi Fransanı insan haqları və beynəlxalq hüquq məsələlərində dünyaya “dərs keçməkdə” ittiham edib.

Əraqçi Fransanın İrana qarşı mövqeyini sərt şəkildə tənqid edib.

O bildirib ki, Fransa kimi ölkələr insan haqları və beynəlxalq hüquqla bağlı dünyaya mühazirə oxumağı dayandırmalıdır.

“Bu, açıq və utancverici riyakarlıqdır. İsrailin Qəzzada törətdiyi soyqırımına və İrana qarşı təcavüzə dəstəyiniz danışdığınız bütün mənəvi prinsipləri məhv edib”, - deyə Əraqçi vurğulayıb.

Onun sözlərinə görə, Fransanın bu məsələlərdə tutduğu mövqe Parisin digər ölkələrə mənəvi qiymət vermək haqqını aradan qaldırıb.

Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bundan əvvəl Avropa İttifaqı və daha 26 ölkənin İranda etirazçıların edamını və “özbaşına həbsləri” pislədiyini açıqlamışdı.

Müəllif: Adəm

Mənbə: publika.az