ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasında uzun müddət davam edən gərginlikdən sonra münasibətlər yenidən bərpa olunmağa başlayıb.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin mənbələrinə görə, yaxınlaşmanın əsas səbəblərindən biri Maskın noyabrda keçiriləcək Konqres seçkilərində Respublikaçılara dəstək vermək niyyətidir. Maskın seçici fəallığını artırmaq məqsədilə kampaniyaya 100 milyon dollar xərcləməyi planlaşdırdığı bildirilir.
Məlumata görə, Tramp və Maskın münasibətlərinin bərpası təxminən bir il davam edən gizli təmaslardan sonra mümkün olub. Onların ünsiyyəti konservativ fəal Çarli Kirkin ölümündən sonra yenidən canlanıb.
Bununla belə, Trampın köməkçilərinin sözlərinə görə, prezident Maskla əvvəlki qədər yaxın münasibətlərin bərpa olunacağını düşünmür. Hazırda onlar təxminən ayda bir dəfə danışır, süni intellekt, Çin və beynəlxalq məsələləri müzakirə edirlər.
Müəllif: Adəm
Mənbə: publika.az