Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə bağlı maraqlı fikir səsləndirib.
O, Polşa Silahlı Qüvvələri Günü və tarixi Varşava döyüşü ilə bağlı təbrik mesajında ukraynalıların bolşevik hücumunun qarşısını almağa və Varşavanın müdafiəsinə necə kömək etdiklərini xatırladıb. Bununla bağlı paylaşım siyasətçinin sosial şəbəkələrdəki səhifəsində dərc olunub.
"Biz həmin döyüşün Polşa xalqının və dövlətinin taleyini necə həll etdiyini, birgə səylər nəticəsində bolşevik hücumunun necə dayandırıldığını xatırlayırıq. Yüz altı il əvvəl Ukrayna əsgərləri Polşanın müdafiəçilərinə Varşavanı müdafiə etməyə və bolşeviklərin qərbə doğru irəliləməsini dayandırmağa kömək ediblər", - deyə Zelensky yazıb.
Onun sözlərinə görə, Ukraynanın və onun qonşularının taleyi təhlükə altında olduğundan, Moskva əvvəlki kimi məğlub olmalıdır.
Müəllif: Tural
Mənbə: publika.az