Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır – Kallas

Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır – Kallas

Avropa İttifaqı yaxın aylarda Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.

Bunu Aİ-nin xarici işlər naziri Kaja Kallas Die Welt-ə verdiyi müsahibədə deyib: "Aİ sanksiyaları artıq Rusiyaya baha başa gəlib, Rusiya ordusunu 1 trilyon avrodan çox vəsaitdən məhrum edib və payız üçün müharibənin əvvəlindən bəri ən geniş sanksiya siyahısını təqdim edəcəm".
Onun sözlərinə görə, bu tədbirlər qəbul edildikdən sonra sanksiyalara məruz qalan Rusiya qurumlarının ümumi sayı dərhal 30 faizdən çox artacaq. Kallas vurğulayıb ki, "Moskva müharibəni bitirənə qədər təzyiq artmağa davam etməlidir".

Lakin o, yeni sanksiyalar paketinin vaxtı və təfərrüatları barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, Bloomberg Avropa Birliyinin Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edən 1600-dən çox şirkətə qarşı sanksiyalar hazırladığına dair məlumat yayıb. Bu, tək bir sanksiya paketinə daxil edilə biləcək ən çox şirkət sayı olacaq.

Musavat.com

Mənbə: musavat.com