ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə “The Times of Israel” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Yərusəlimdə keçirilən görüş Sülh Şurasının Qəzza zolağındakı vəziyyətin nizamlanması planının bütün mümkün bəndləri üzrə irəliləyiş əldə etməyə yönəlib. Görüşdə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin də iştirak etdiyi qeyd olunub.
Xatırladaq ki, avqustun 16-da Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşüb. Danışıqlar zamanı o, qruplaşma nümayəndələrini silahsızlaşdırma ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağırıb. Daha əvvəl İsrail tərəfi Sülh Şurasının irəli sürdüyü planı qəbul etməkdən imtina edib.
Mənbə: qafqazinfo.az