"Əsas maneə İsraildir" - Əraqçi

"Əsas maneə İsraildir" -

İran və ABŞ arasında əldə edilən razılaşmaların həyata keçirilməsində əsas maneə İsraildir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir müharibədən sonra başlayan diplomatik prosesi şərh edərkən bildirib ki, əldə edilən razılaşmalar İranın maraqlarına uyğun idi, lakin iki həftədən az müddət sonra ABŞ onları pozmağa başladı: "İsrail bu razılaşmaların əsas əleyhdarı və onların həyata keçirilməsinə mane olan əsas amildir".

İranın xarici işlər naziri həmçinin diplomatik uğurun şəxsən özünə və ya ölkənin Xarici İşlər Nazirliyinə aid olmadığını vurğulayıb: "Bu, İran xalqının qələbəsi idi. Bu, müharibə zamanı göstərilən müqavimətin nəticəsi idi və düşməni İranın tələblərini qəbul etməyə məcbur etdi".

Ağarza Elçinoğlu


Mənbə: unikal.az