İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmır

İranın Baş Qərargah rəisi Körfəz ölkələrinə xəbərdarlıq edib: Heç nə Tehranın gözündən yayınmır

İran ordusunun Baş Qərargah rəisi general-mayor Əli Abdullahi Körfəz ölkələrinə xəbərdarlıq edib.

Bu barədə Abdullahi yayımladığı mesajda bildirilib.

Onun sözlərinə görə, Fars körfəzinin cənub sahilində yerləşən və müxtəlif bəyanatlarla ABŞ-ın İran əleyhinə öz ərazilərindən istifadəsinə icazə verməyəcəklərini bildirən ölkələr bilməlidir ki, heç nə İranın gözündən yayınmır.

“Regiondakı hərbi bazalarda, xüsusilə havada yanacaq dolduran hərbi təyyarələrin bu sayda olması ev sahibi ölkələrin məlumatı olmadan mümkün görünmür”, - o əlavə edib.

Baş Qərargah rəisi qeyd edib ki, ABŞ ordusuna istənilən yardım Amerika hərbi qüvvələri ilə əməkdaşlıq və onun əməliyyatlarında iştirak kimi qiymətləndiriləcək.

Mənbə: apa.az