Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev respublikanın 2020-2030-cu illər üzrə Xarici Siyasət Konsepsiyasına dəyişikliklər edib. Yeni düzəlişlərə əsasən, birinci prezident Nursultan Nazarbayevin xarici siyasət məsələlərinə dair təşəbbüslərlə Qazaxıstan xalqına müraciət etmək kimi ömürlük hüququ sənəddən çıxarılıb.
"İnterfaks"a istinadən xəbər verilir ki, Qasım-Jomart Tokayevin 14 avqust 2026-cı il tarixli müvafiq fərmanı ölkənin normativ aktlarının informasiya-hüquq sistemində dərc olunub.
Fərmanda "7-ci fəslin 1-ci bəndi çıxarılsın" deyə qeyd edilir. Konsepsiyadakı həmin bənd əvvəllər "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" konstitusiya qanununun normalarını özündə əks etdirirdi. Bu da öz növbəsində, tarixi missiyasına görə Nazarbayevə dövlət quruculuğu, daxili və xarici siyasət, eləcə də ölkənin təhlükəsizliyi kimi vacib məsələlər üzrə təşəbbüslərlə xalqa, dövlət orqanlarına və vəzifəli şəxslərə müraciət etmək üçün ömürlük səlahiyyət verirdi.
Bundan əlavə, konsepsiyanın mətni yeni Konstitusiyaya uyğunlaşdırılıb.
Mənbə: oxu.az