Ukraynanın paytaxtı Kiyevdə tez-tez hava hücumu ilə bağlı edilən xəbərdarlıqlara görə Ali Rada daha təhlükəsiz əraziyə köçürülə bilər.
Bu barədə “Radio NV”yə müshaibəsində ukraynalı deputat Nikita Poturaev danışıb.
“Biz çərşənbə axşamı yalnız bir qanunu səverməyə qoya bildik, çünki hava hücumu ilə bağlı iki həyəcan siqnalı verilmişdi. Aydındır ki, Ali Rada bu cür rejimdə işləyə bilməz. Düşünürəm ki, vəziyyət daha da pisləşəcək”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Kiyevdə parlamentin işini köçürmək mümkün olan daha təhlükəsiz yer mövcuddur.
Qeyd edək ki, avqustun 18-də Kiyevdə dron hücumu səbəbindən 10 dəfə həyəcan siqnalı səsləndirilib.
Mənbə: qafqazinfo.az