Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb.
Sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.
Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır.
Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir.
Qaydaların pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Həmin məhdudiyyət sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.
Mənbə: qafqazinfo.az