İsraildən Türkiyəyə hücum çağırışı - İdlibdən İstanbula qədər...

İsraildən Türkiyəyə hücum çağırışı -

İsrailin “Jerusalem Post” qəzetində Türkiyə ilə bağlı yayımlanan məqalədə diqqətçəkən və müharibə təhdidi kimi qiymətləndirilən ifadələr yer alıb.

İsrailin Misgav Milli Təhlükəsizlik və Sionist Strategiya İnstitutunun tədqiqatçısı Devid M. Vaynberq Türkiyənin Suriya və Şərqi Aralıq dənizindəki fəaliyyətini İsrail üçün təhlükə kimi təqdim edib.

Müəllif Türkiyənin bölgədə hərbi gücünü artırmasının İsrail üçün ciddi risk yaratdığını iddia edib. Yazıda hətta gələcəkdə İsrailin Qolan təpələrində Türkiyə tankları, Kayseriya sahillərində isə Türkiyə hərbi gəmiləri ilə qarşılaşa biləcəyi irəli sürülüb.

Məqalədə İsrailin gələcəkdə müdafiə ilə kifayətlənməyərək hücuma keçməli olduğu bildirilərək, “Lazım gələrsə, İsrail İdlibdən İstanbula qədər hücum edəcək” ifadəsi işlədilib.

Akqabay

Mənbə: publika.az