Paşinyan erməni konyakından imtina etdi - Bizim deyil!

Paşinyan erməni konyakından imtina etdi -   Bizim deyil!

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə istehsal olunan konyakın adlandırılması ilə bağlı diqqətçəkən açıqlama verib.

Modern.az-a istinadla xəbər verilir ki, Paşinyan bu barədə bu gün Ermənistan parlamentində hökumətin qarşıdakı beş il üçün proqramının müzakirəsi zamanı danışıb.
Baş nazir bildirib ki, beynəlxalq standartlara əsasən “konyak” konkret olaraq Fransanın müəyyən regionunda yerli üzümdən istehsal olunan içkini ifadə edir:
"Bu baxımdan Ermənistan istehsalı olan alkoqollu içkinin “konyak” adlandırılması məsələsinə yenidən baxılmalıdır. Ölkədə məhsulların keyfiyyətinə nəzarət üçün müasir laboratoriyaların yaradılması vacibdir. Lakin onun fikrincə, bəzi məsələlərin həlli üçün laboratoriyalara ehtiyac yoxdur. Dünyada elə bir laboratoriya yoxdur ki, bizim alkoqollu içki ilə bağlı rəy verərək onun konyak olduğunu təsdiqləsin. Çünki “konyak” Fransanın müvafiq regionunda yerli üzümdən istehsal olunan alkoqollu içki deməkdir”.
Ermənistan Baş naziri “konyak” adından imtina məsələsinin ölkədə ciddi müzakirələrə səbəb olduğunu da deyib:
“Bəs biz bu addan imtina etməliyik, ya yox? Mən bunu hökumətdə müzakirə edəndə müxalifət dairələri hakimiyyətin guya növbəti milli sərvətdən imtina etmək istədiyini söyləməyə başlayırlar. Mən bunu başa düşmürəm. Əgər müxalifət razıdırsa, biz müvafiq erməni alkoqollu içkisi üçün “konyak” sözünün istifadəsini qadağan edən qanun layihəsi hazırlaya bilərik”.

Mənbə: www.bakupost.az