Netanyahu bu ərazinin boşaldılması ilə bağlı ƏMR VERDİ

Netanyahu bu ərazinin boşaldılması ilə bağlı ƏMR VERDİ

Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (BAFOR) kompleksinin təxliyəsinə başlanılıb.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib.

“Mənim göstərişlərimə uyğun olaraq və qəbul edilmiş qanunun icrası məqsədilə bu gün (25 avqust) Qüdsün Kəfr-Aqab hissəsində BAFOR kompleksinin təxliyəsinə başlanılıb”, - deyə Baş nazir bəyanatında bildirib.

2025-ci ilin fevralında Netanyahu BAFOR-un İsrail ərazisindəki fəaliyyətinin qadağan edilməsi haqqında qanunun dərhal qüvvəyə minməsi barədə sərəncam verib.

Sənədin qəbul edilməsinə təşkilatın radikal Fələstin hərəkatı HƏMAS-la əməkdaşlıqda ittiham olunması səbəb olub. İsrail iddia edir ki, ən azı 100 radikal BAFOR-da qeydiyyatda olub və təşkilatdan əməkhaqqı alıb.

May ayında ABŞ-nin israilli girovların azad edilməsi məsələləri üzrə xüsusi nümayəndəsi Adam Boyler Qəzza zolağındakı qaçqınlara humanitar yardımın çatdırılması üzrə yeni sistem özünü doğruldarsa, BAFOR-un əvəzlənə biləcəyini ehtimal edib.

Hüseyn İbadlı

Mənbə: publika.az