Con Retkliff Moskvaya nəyə gəlib? - Kremldən gözlənilməz açıqlama

Con Retkliff Moskvaya nəyə gəlib? - Kremldən gözlənilməz açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin səbəbini açıqlayıb.

Peskov "The Washington Post" qəzetinə açıqlamasında Retkliffin çərşənbə axşamı Moskvaya səfərinin Rusiya və ABŞ-ın xüsusi xidmət orqanları arasındakı təmaslarla bağlı olduğunu bildirib.

“Xüsusi xidmət orqanları arasında təmaslar” - deyə Peskov səfərin məqsədini qısa şəkildə izah edib.

Qəzetin yazdığına görə, Kremlin sözçüsü Retkliffin Moskvaya səfəri ilə bağlı başqa təfərrüat açıqlamayıb.

Müəllif: Adəm

Mənbə: publika.az