Ukrayna Rusiya ilə müharibəni uduzur.
Bunu Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov “Reuters”ə açıqlamasında bildirib.
Fedorov Kiyevin vəziyyəti öz xeyrinə dəyişmək üçün əsas qərarları qəbul etməyə cəmi bir neçə ayının qaldığını deyib.
Onun sözlərinə görə, Ukraynada münaqişədə necə qələbə qazanılacağı ilə bağlı vahid konsepsiya və innovasiya imkanları çatışmır.
Fedorov həmçinin ölkədə kök salmış korrupsiyanın, himayədarlıq şəbəkələrinin və dövlət institutlarında siyasi müstəqilliyin olmamasının inkişafı əngəllədiyini vurğulayıb.
“Düşünürəm ki, hazırda gələcək istiqamətimizi müəyyən edəcək dönüş nöqtəsi yaranıb. Lakin görünür, biz tədricən, yavaş-yavaş müharibəni uduzuruq”, - deyə o bildirib.
Sabiq nazir əlavə edib ki, Ukraynanın hələ də qələbə üçün bütün şansları var. Bunun üçün isə müharibənin başa çatdırılması ilə bağlı təcili plana ehtiyac var.
Mənbə: publika.az