Həmin gölün adının “Amerika gölü” olaraq dəyişdirildiyini açıqladı

Həmin gölün adının “Amerika gölü” olaraq dəyişdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb.

Ağ Ev bu tədbiri öz yutub kanalında yayımlayıb.

“Biz Ontario gölünün adını dərhal qüvvəyə minmək şərtilə “Amerika gölü”nə dəyişirik. Bu, mən sərəncamı imzaladığım anda baş verəcək”, - deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, Ontario gölü Şimali Amerikanın Böyük Göllər sisteminin bir hissəsidir və ABŞ ilə Kanadanın ərazilərini əhatə edir. Onun sahilləri ABŞ-nin Nyu-York ştatı və Kanadanın Ontario əyaləti arasında bölüşdürülüb. İki ölkə arasındakı sərhəd gölün ortasından keçir. Təxminən 19 000 kvadratkilometr sahəyə malik olan Ontario gölü dünyanın ən böyük 13-cü gölüdür.

Mənbə: qafqazinfo.az