Pezeşkian Urmiya gölü ilə bağlı xüsusi göstəriş verdi

Pezeşkian Urmiya gölü ilə bağlı xüsusi göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün bərpası ilə bağlı xüsusi göstərişlər verib.

Bu barədə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari deyib.

Onun sözlərinə görə, Urmu gölünün vəziyyəti hələ ekoloji standartlara uyğun səviyyəyə çatmayıb:

“Ancaq göldə tədricən yaxşılaşma müşahidə olunur. Müsbət dinamikanın əsas səbəbləri yağıntıların artması və Pezeşkianın xüsusi göstərişləridir”.

Ənsari bildirib ki, Prezident Pezeşkian bataqlıq ərazilərə, xüsusilə də Urmu gölünə ekoloji su axınının təmin edilməsinə daim xüsusi diqqət yetirib.

Mənbə: pravda.az