Sabitliyi pozmağa çalışan xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq! - Japarov

Sabitliyi pozmağa çalışan xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq! - Japarov

Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçıları sammiti və VI Ümumdünya Köçəri Oyunlarının təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş güc strukturlarına baxış zamanı bildirib.

"Biz müxtəlif dağıdıcı xarici qüvvələrin təxribatlarına uyaraq və onlardan mükafat alaraq aramızda fəaliyyət göstərən, qisasa çağıran və cəmiyyətdəki sabitliyi pozmağa çalışan o azsaylı xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq. Belə insanlara aman verilməyəcək!" - Japarov bildirib.

O vurğulayıb ki, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi ölkədə sabitliyin və inkişafın ən mühüm şərtidir, həmçinin güc strukturlarının əməkdaşlarını yüksək peşəkarlığa, məsuliyyətə və xalqa vicdanla xidmət etməyə çağırıb.

Mənbə: publika.az