“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüb”.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov yerli mediaya bildirib.
“Bəli. Şəxsən”, - Peskov Qırğızıstandakı tədbir zamanı Putin və Əliyevin təmasları ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Xatırladaq ki, dünən Azərbaycan və Rusiya liderləri arasında qısa söhbət olub. Açıqlamanın bununla bağlı olub-olmadığı bəlli deyil. (Teleqraf)
Mənbə: publika.az