Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın sözçüsü və Avropa Komissiyasının təmsilçisi Anitta Hipper öz vəzifəsindən ayrılıb.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Komissiyanın mətbuat xidmətinin rəhbəri Paula Pinyo məlumat verib.
“Bu gün biz Anitta Hipperlə vidalaşırıq”, - deyə Pinyo bildirib.
O qeyd edib ki, Avropa Komissiyası Hipperi əvəz edəcək şəxsi tapmaqda çətinlik çəkib.
Nəhayət, bu vəzifəyə Komissiyanın mətbuat xidmətinin keçmiş əməkdaşı olan və sonradan Aİ-nin Avstriyadakı Nümayəndəliyində çalışan Kristian Viqand təyin edilib.
Mənbə: qafqazinfo.az