Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın tezliklə Avropa Birliyinə qoşulmaq istəyini itirəcəyinə əminliyini bildirib.
Lavrov bu barədə Şərq İqtisadi Forumunda jurnalistlərlə söhbətində bildirib:
“İqtisadi cəhətdən Avropa İttifaqı, bir çox amillərə görə üstünlüklərini itirir. Ətalət davam edir, serb dostlarımız və indi də erməni həmkarlarımız Aİ-yə qoşulmaq üçün səylərini davam etdirirlər. Əminəm ki, onlar bu istəyi çox tezliklə itirəcəklər”.
O qeyd edib ki, Avropa Birliyi hazırda bütün iqtisadi üstünlüklərini "israf edir".
Mənbə: publika.az