"Bu yol 2022-ci ildə Praqada başlayıb" - Pavel sülhdən danışdı

"Bu yol 2022-ci ildə Praqada başlayıb" - Pavel sülhdən danışdı

Çexiya Prezidenti Petr Pavel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasından məmnunluq duyduğunu qeyd edib.

Çexiya prezidenti bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyanla prezident iqamətgahında görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O, bu prosesin 2022-ci ildə Praqada başladığını və 8 avqust 2026-cı ildə Vaşinqtonda davam etdiyini vurğulayıb. Pavel Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişel arasında 6 oktyabr 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində keçirilən dördtərəfli görüşdən danışıb:

"Uzun müddətdir münaqişə zonası olan Cənubi Qafqazda vəziyyətin sakitləşməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması barədə xoş xəbərimiz var. Bu yol 2022-ci ildə Praqada başlayıb və ötən il avqustun 8-də Vaşinqtonda münasibətlərin normallaşması və sülh prosesi yeni bir nəfəs aldıqda başa çatıb".

O, həmçinin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə toxunaraq, Ermənistanla Türkiyə arasında həm siyasi, həm də iqtisadi münasibətlərin möhkəmlənəcəyinə ümid etdiyini bildirib ki, bu da Çexiya və Avropa İttifaqı üçün də maraq kəsb edir.

Mənbə: unikal.az