ABŞ prezidentinin elçiləri Stiven Uitkoff və Cared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər etməyi planlaşdırırdılar, lakin Ukraynaya planlaşdırılan missiya təxirə salına bilər.
Bu barədə mənbələrə istinadən "Kyiv Independent" nəşri yazır.
Vəziyyətlə tanış olan bir neçə mənbənin sözlərinə görə, Uitkoff və Kuşner Ukrayna paytaxtına təyyarə ilə çatmağı planlaşdırırdılar. İndi isə bu planlar sual altındadır, çünki logistik çətinliklər səfərin müddətinə təsir göstərə bilər.
"Kyiv Independent"in yazdığına görə, paytaxt üzərində hava məkanı bağlı qaldığı üçün Uitkoff Kiyevə qatarla səfər etməkdən diskomfort yaşayır.
Mənbə: bizim.media