Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib - Fotolar

Gürcüstanlı jurnalist və bloqerlər Gəncəyə səfər edib -

Bu gün Gürcüstandanın bir qrup jurnalist və bloqeri Gəncə şəhərinə səfər edib.

Qonaqlar ilk olaraq Gəncə Memorial kompleksini ziyarət ediblər.

Kompleksə baxış zamanı qeyd olunub ki, 2022-ci ilin yanvarında təməli qoyulduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Kompleksdə şəkillər və eksponatlarla tanış olan gürcü jurnalist və bloqqerlərin diqqətinə çatdırılıb ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Daha sonra qonaqlar Gəncənin mərkəzi, Cavad Xan küçəsi, Xan Bağı ilə tanış olublar. Cümhuriyyət və digər tarixi əhəmiyyətli muzeylərlə tanış olan gürcü qonaqların son ziyarət yeri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi olub. Burada onlara şeyx Nizami, onun həyatı , irsi və yaradıcılığı haqqında geniş məlumat verilib, sonda xatirə şəkilləri çəkdiriblər.






Mənbə: bizim.media