"Ukrayna terror metodlarına əl atıb Rusiyadakı mülki obyektlərə hücum edən zaman Qərb ölkələri susurlar".
Bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev "Ungeskriptet" podkastında bildirib.
O, Moskvanın hələlik ən güclü silahlardan istifadə etməyə hazır olmadığını bildirib. Diplomat Rusiyanın nüvə doktrinasını xatırladıb. Bununla belə, səfir vurğulayıb ki, onların səbri də sonsuz deyil, xüsusən də Ukraynanın hazırda yalnız mülki əhaliyə qarşı terrorçu metodlardan istifadə etdiyini nəzərə alsaq səbr kasası daşa bilər.
Neçayev Ukrayna Silahlı Qüvvələrinin tələbə yataqxanasına hücum etməsini terror aktı adlandırıb, Starobelskdəki hücumu xüsusi olaraq xatırladıb. Kremlin Almaniyadakı diplomatı bu hücumun qəsdən təşkil edildiyini və ərazidə heç bir hərbi obyektin olmadığını qeyd edib.
O Qərbi qınayaraq deyib: "Lakin Qərbdə heç kim bu sualları vermədi: "Siz nə edirsiniz? Nə üçün etdiniz? Bu necə mümkündür axı?".
Müəllif: Tural
Mənbə: publika.az