İranın Xarici İşlər Nazirliyi Seulun Hörmüz boğazına hərbi qüvvə göndərəcəyi təqdirdə Cənubi Koreyanı ağır nəticələrin gözlədiyi barədə xəbərdarlıq edib.
Bu barədə İslam Respublikası XİN-in sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O vurğulayıb ki, Cənubi Koreya ilə İran arasındakı əlaqələrin 64 ildən çox tarixi var və bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır.
"İran Koreya Respublikası ilə dostluq münasibətlərinə böyük önəm verir. Lakin İran xalqının ABŞ təcavüzünə qarşı mübarizə apardığı və Amerikanın iranlı qadınlara, eləcə də uşaqlara qarşı hərbi cinayətlərinə qətiyyətlə cavab verdiyi bir vaxtda, digər ölkələrin Fars körfəzində və ya Hörmüz boğazında hərbi mövcudluğu, yaxud əməliyyatlarda iştirakı təcavüzə birbaşa dəstək kimi qiymətləndirilməyə bilməz. Bu addım öz ardınca ciddi nəticələr gətirəcək", - deyə Bəqai bildirib.
Bundan əlavə İranlı diplomat əlavə edib: "Məsuliyyətli və suveren dövlətlər ABŞ-nin təzyiqinə, şantajına boyun əyməməli, böyük İran xalqına qarşı yönəlmiş cinayətkar planlarda və təcavüzdə iştirak etməməlidirlər".
Mənbə: azxeber.com