Ara seçkilərdə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarəti saxlayarsa, ABŞ-ın yetkinlik yaşına çatmış bütün sakinlərinin hərəsinə 5000 dollar veriləcək.
Bu vədi ABŞ prezidenti Donald Tramp Dallasda ara seçkilərindən əvvəl keçirilən Respublikaçıların Milli Konqresində çıxışında səsləndirib: "Mən bunu vəd edirəm: əgər Respublikaçılar iqtisadi uğurlarımıza görə hər iki palatada, Nümayəndələr Palatasında və Senatda qalib gəlsələr, ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm”.
Tramp vurğulayıb ki, amerikalılar "bu pulu ABŞ-da xərcləməli olacaqlar" və "buna Tramp dividendləri deyiləcək" deyib.
Qeyd edək ki, ara seçkilər 3 noyabrda keçiriləcək və Senatın 100 üzvündən 33-ü, Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda qanunverici orqanın hər iki palatasına Respublikaçılar nəzarət edir.
Musavat.com
Mənbə: musavat.com