Aİ-də Marin Le Pen HƏYƏCANI - Fransa strateji sənədlərin təcili qəbulunu tələb edir

Aİ-də Marin Le Pen HƏYƏCANI -

Avropa İttifaqı Fransada keçiriləcək prezident seçkilərinə görə strateji əhəmiyyət kəsb edən əsas sənədlərin razılaşdırılması prosesini təcililəşdirib.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Paris sağçı lider Marin Le Penin olası seçki qələbəsinin Avropa İttifaqının ümumi siyasi və iqtisadi gündəliyini tormozlaya biləcəyindən ciddi narahatlıq keçirir. Məhz bu fonda Fransa müttəfiqlərini Aİ-nin yeddi illik büdcəsi və iqlim təşəbbüsləri üzrə danışıqları artıq 2026-cı ilin sonunadək tam yekunlaşdırmağa çağırır.

Yeliseydən rəsmi şəkildə bildirilib ki, bu mövqeyin yaxınlaşan seçkilərlə heç bir birbaşa əlaqəsi yoxdur və Paris yalnız bütün Avropanın ümumi maraqlarından çıxış edir. Bununla belə, Marin Le Pen daha əvvəl dəfələrlə çıxış edərək Fransanın Aİ büdcəsinə ödədikləri maliyyə vəsaitlərinin və üzvlük haqqının mövcud yüksək səviyyədə saxlanılmasına qarşı çıxıb.

Mənbə: musavat.com