Macarıstanın keçmiş baş naziri Viktor Orban bildirib ki, Peter Magyarın başçılıq etdiyi hökumətin fəaliyyətinə qarşı təmkinli münasibət dövrü başa çatıb və müxalifət fəal müqavimətə başlayır.
Bu barədə ölkənin sabiq hökumət başçısı özünün “Facebook” səhifəsində yazıb.
O, FİDES partiyasının səbrinin tükəndiyini və artıq mübarizə vaxtının gəldiyini qeyd edib.
Xatırladaq ki, aprelin 12-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən, Peter Magyarın rəhbərlik etdiyi müxalifətçi «Tisa» partiyası 199 yerdən 141-ni qazanmış, hakim FİDES partiyası isə parlamentdə cəmi 52 yer əldə etmişdi. Peter Magyar rəsmi şəkildə Macarıstanın baş naziri vəzifəsinin icrasına mayın 9-da başlamışdır.
Mənbə: bizim.media