"Biz Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətində deyilik" - Məsud Pezeşkian

"Biz Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətində deyilik" -
"İran Səudiyyə Ərəbistanı ilə müharibə vəziyyətində deyil".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
İran prezidenti region ölkələrinin bir araya gələrək sülh və təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylər göstərməsinin vacibliyini vurğulayıb.
"Bu regionun gərginlik və münaqişə bataqlığına düşməsi üçün heç bir səbəb yoxdur", - deyə Pezeşkian bildirib.
O, Avropa ölkələrinin təcrübəsinə diqqət çəkərək, region dövlətlərinin fikir ayrılıqlarına baxmayaraq, ortaq çərçivədə dialoq və əməkdaşlıq edə biləcəyini qeyd edib.

Mənbə: azxeber.com