Erməni general ad gününü Bakıda belə qeyd edir

Erməni general ad gününü Bakıda belə qeyd edir

Ermənistan mediası Bakıda həbsxanada olan terrorçu general Levon Mnatsakanyanın doğum günü olduğunu yazaraq, onun guya qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edir.

Bəs ermənilərin “Lyova” ləqəbli generalı nələr edib? Onun Bakıda həbs həyatı yaşamasının səbəbi nədir?

Tarixçi alim, dosent Zaur Əliyevin Levon Mnatsakanyanla bağlı hazırladığı faktları təqdim edirik:

“Levon Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub, 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb.

WhatsApp Image 2026 09 14 at 10.43.18

2017-ci il. Levon Azərbaycana qarşı terror təxribatlarından danışır

Kəlbəcər döyüşlərində Xankəndi (“Stepanakert”) alayının komandiri idi və 6 mindən çox azərbaycanlının qətlində günahkar sayılır. Qarabağ döyüşçüləri bu qatili yaxşı tanıyırlar. Kəlbəcər uğrunda döyüşlərdə bu terrorçu komandir uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur. Çox əsgər donaraq ölür. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri donmuş çaylarda “üzməyə” başlayır. Məhz bu qatilin əmri ilə bu əsgərlər hamısı ağır silahlardan atəş nəticəsində şəhid edilir.

Kəlbəcər döyüşündən sonra Lyova ölmüş əsgərləri qarət edir.

Levon Mnatsakanyan admits to acquiring weapons from Armenian armed forces - AZERTAC Video – Azerbaijan State News Agency

1990-cı illərdə Qarabağda əsir və girov düşən azərbaycanlılara qarşı xüsusi amansızlıqla davranıb.

Lyova əsirləri ağır zirehli maşınlardan atılan silahla vurmaqla məşhur idi. Əsirləri hədəf kimi qoyub, onları mərmi zərbələri ilə parça-parça edirdi.

Xocalı soyqırımı günü Mnatsakanyan qaçmağa çalışan insanların üstündən zirehli maşınla keçib. Məhz Çingiz Mustafayevin çəkdiyi kadrlarda meyitlərin təhqir edilməsini Mnatsakanyan təşkil edib. Xocalıda dinc əhalini tövlələrə yığıb yandıranlardan biri də bu idi”.

images 7

Mnatsakanyan Bakı məhkəməsində “Yaşmanı qırdıq” açıqlamasını izləyir

Zaur Əliyev xatırladıb ki, Mnatsakanyan Bakı Tbilisi Ceyhan çəkiləndə terror qrupu toplayıb, Azərbaycanı kəməri partlatmaqla hədələyib.

O, Aprel döyüşlərindən sonra “Yaşmanı qırmışıq, artıq belə hərbi birlik yoxdur” məzmunlu saxta açıqlaması ilə də gündəmə gəlmişdi.

Qeyd edək ki, Levon 2015–2018-ci illərdə Azərbaycanın o vaxt işğalda olan ərazilərində yaradılmış oyuncaq rejimin “müdafiə naziri” olub. 2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsi L.Mnatsakanyanı ömürlük azadlıqdan məhrum edib.

Əliyar Xəlil

Mənbə: globalinfo.az