Ermənistanın Konstitusiya Məhkəməsi TRIP müqaviləsini Əsas Qanuna uyğun olaraq qərarlaşdırıb.
Bu barədə “Pastinfo” məlumat yayıb.
Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasına TRIPP müqaviləsində və Trampın "Sülh Şurası"nın nizamnaməsində təsbit olunmuş öhdəliklərin uyğunluğu məsələsinə baxılmasını başa çatdırıb.
Məhkəmə müqavilə və nizamnamə üzrə götürülmüş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğun olduğuna qərar verdi. Buna görə də sənədlər təsdiq üçün Milli Məclisə göndəriləcək.
Konstitusiya Məhkəməsi avqustun 5-də TRIPP layihəsi üzrə çərçivə sazişinin konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı işi qəbul etmişdi.
Çərçivə sazişi Ermənistan və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri tərəfindən imzalanıb: ABŞ dövlət katibi Marko Rubio sənədi iyunun 1-də Vaşinqtonda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə iyunun 4-də İrəvanda imzalayıb.
Daha əvvəl Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Tramp Marşrutunun (Zəngəzur dəhlizi) tikintisinə 2027-ci ilin əvvəlində başlana biləcəyini bildirmişdi.
Müəllif: Tural
Mənbə: publika.az