Şoyqudan Bakı və Moskva münasibətləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Şoyqudan Bakı və Moskva münasibətləri ilə bağlı

Rusiya və Azərbaycan münasibətlərdəki böhranı geridə qoyublar, indi ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib.

"Moskva və Bakının birgə səyləri nəticəsində ikitərəfli əlaqələrdəki son böhranlı dövrün geridə qaldığını məmnunluqla qeyd edirik. İndi ümumi vəzifə Rusiya–Azərbaycan əməkdaşlığını liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq ardıcıl şəkildə inkişaf etdirməkdən ibarətdir", - deyə o, Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurası rəyasət heyətinin iclasında bildirib.

Şoyqu vurğulayıb ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin ali səviyyədə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla ikitərəfli müqavilə-hüquq bazasına, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsi mövqeyindən çıxış edir.

"Məhz bu istiqamətdə birgə işin aparılması ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə öz fikrini bildirib", - deyə o əlavə edib.

Mənbə: musavat.com