Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA

Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA

Ermənistan mediası Azərbaycanın Tavuşun Ayqepar kəndi yaxınlığında mövqelərini genişləndirdiyini iddia edir.

“Sputnik Armenia” bu iddianı peyk görüntülərinə istinadən irəli sürüb.

İddia olunur ki, peyk görüntülərində Azzərbaycanın mövqeyi Ermənistan ərazisinə təxminən 500 metr məsafədə olsa da, Ayqepar kəndindən təxminən 900 metr məsafədə yerləşir. 2024 və 2026-cı ilə aid peyk görüntülərinin incələnməsi zamanı Azərbaycanın bu isiqamətdə mövqelərini genişləndirdiyi və istehkam işlərini gücləndirdiyi görünür.

Qeyd edək ki, müxalifət mövqedə olan “Sputnik Armenia” zaman-zaman Ermənistan hakimiyyətini ittiham etmək məqsədilə belə iddialar ortaya atır. Sözügedən kənd istiqamətində mövqelərin vəziyyəti ilə bağlı rəsmi məlumatlar mövcud deyil. Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi həyata keçirilir. Delimitasiya prosesi yekunlaşmadan sərhəddəki mövqelərlə bağlı hansısa iddiadan çıxış etmək qeyri-realdır.

Mənbə: publika.az