Avropa növbəti müharibənin qarşısını almır, əksinə birbaşa ona doğru gedir.
Bu fikri Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis "Ukrinform"a müsahibəsində bildirib.
O, qitənin gələcəyinə pessimist yanaşıb:
"Mən elə düşünmürəm ki, Avropa növbəti müharibənin qarşısını alır. Avropa növbəti müharibəyə doğru addımlayır və təəssüf ki, bu ölkələr bundan sonra baş verəcək hadisələrlə reform olunacaq. Bu sadəcə ona görə baş verəcək ki, reallıq bizi dəyişməyə məcbur edəcək".
Müəllif: Tural
Mənbə: publika.az