ABŞ Prezidenti Donald Tramp 21 sentyabrda Nyu-York meri Zoran Mamdani ilə görüşəcək.
Bu barədə "NBC News" telekanalı Mamdaninin ofisinə istinadla məlumat yayıb.
Bildirilib ki, danışıqlar merin rəsmi iqamətgahı olan Qreysi Mansionda keçiriləcək.
Şəhər meriyasının açıqlamasına görə, tərəflər "Nyu-York və Nyu-Yorklularla bağlı məsələləri" müzakirə edəcəklər. Qarşıdan gələn görüşlə bağlı başqa heç bir təfərrüat hələlik açıqlanmayıb.
Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə bağlı tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gələcək. Çərşənbə axşamı günü Amerika prezidenti çıxış edəcək və xarici liderlərlə görüşəcək.
Bu, Tramp və Mamdani arasında ən azı üçüncü açıq görüş olacaq. Onlar ilk dəfə 2025-ci ilin noyabr ayında, Mamdani Nyu-Yorkun seçilmiş meri olduğu zaman görüşmüş, daha sonra isə bu ilin fevral ayında Ağ Evdə görüşmüşdülər.
Onların münasibətləri mehriban olmayıb. İlk görüşlərindən əvvəl Tramp Mamdanini "kommunist dəli" adlandırsa da, Oval Ofisdəki söhbətdən sonra jurnalistlərə onu dəstəkləyəcəyini bildirib və onu "çox rasional insan" adlandırıb.
Mamdani öz növbəsində seçki kampaniyası zamanı Trampı “diktator” və “faşist” adlandırmışdı. Prezidentlə ilk görüşündən sonra o, bu açıqlamaları geri götürmədi, lakin söhbətlərinin səmimi olduğunu və tərəflərə fikir ayrılıqlarını açıq şəkildə müzakirə etməyə imkan verdiyini söyləyib.
Hüseyn İbadlı
Mənbə: publika.az