Fransa Hörmüzdə yalnız müdafiə əməliyyatında iştirak etməyə hazırdır - Makron

Fransa Hörmüzdə yalnız müdafiə əməliyyatında iştirak etməyə hazırdır - Makron

Fransa yalnız müdafiə xarakteri daşıyacağı təqdirdə Hörmüz boğazından gəmiçiliyin təmin edilməsi üzrə beynəlxalq əməliyyatda iştirak edə bilər.

Bunu Fransa Prezidenti Emmanuel Makron sentyabrın 22-də yayımlanan "ABC" telekanalına müsahibəsində bildirib.

“Biz aydın konsepsiyaya və yalnız müdafiə xarakterli yanaşmaya malik beynəlxalq əməliyyatda iştirak etməyə hazırıq. Mən hər hansı dövlətlə qarşıdurmada iştirak etmək istəmirəm. Lakin müəyyən obyektləri qorumaq və tədarükün həyata keçirilməsini təmin etmək üçün daha fəal iştirak etməyə hazırıq”, - deyə o bildirib.

F. Makron əlavə edib ki, Fransa tərəfi ABŞ və İran arasında elə razılaşmaların əldə olunacağına ümid edir ki, bununla Hörmüz boğazından normal tədarüklər bərpa olunsun və “dizel yanacağına, aviasiya yanacağına, neftə, eləcə də benzinə təzyiq azalsın”.

Mənbə: az.trend.az