Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?

Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?

Azərbaycanda səfərdə olan Ermənistan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan İrəvana qayıdıb.

Kristine ötən gecə 23:40-da Bakıdan İrəvana gəlib. Bu barədə "Armenia News" agentliyinin müxbiri hava limanından məlumat verib.

Əvvəlcə onun saat 21:40-da İrəvana çatacağı bildirilsə də, eniş iki saat gecikib və bunun səbəbi hələ də məlum deyil.

Hava limanında olan jurnalistlər Qriqoryana bir neçə sual veriblər. O isə suallara cavab verməyib və “gecəniz xeyrə qalsın” deyərək hava limanından ayrılıb.

Mənbə: publika.az