Pezeşkian Xameneinin görünməməsinin səbəbini açıqladı

Pezeşkian Xameneinin görünməməsinin səbəbini açıqladı

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin tam sağlamdır, lakin təhlükəsizlik səbəbi ilə ictimaiyyət qarşısında çıxışlardan yayınır.

Bunu İran Prezidenti Məsud Pezeşkian CBS-ə müsahibəsində deyib.
Pezeşkianın sözlərinə görə, o, vəzifəyə başlayandan bəri İranın yeni ali lideri ilə iki dəfə görüşüb. Görüşlərdən biri yeddi saatdan çox davam edib.

Ali liderin hakimiyyətə gəldikdən bəri niyə ictimaiyyət qarşısına çıxmadığı və fotoşəkillərinin dərc edilmədiyi sualına cavab olaraq İran prezidenti deyib ki, bu yeni hücumlar təhlükəsi ilə bağlıdır. "Səbəblərdən biri odur ki, onlar ehtiyac duyduqları zaman onun yerləşdiyi yerləri tapmağa çalışırlar", - deyə o bildirib.

Mənbə: olke.az