Tramp bu gün süni intellektlə bağlı açıqlama verəcək

Tramp bu gün süni intellektlə bağlı açıqlama verəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə (Sİ) bağlı açıqlama verəcək.

Tramp bu barədə İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.

Ağ Evin yaydığı iş qrafikinə əsasən, ABŞ Prezidenti Bakı vaxtı ilə saat 22:00-da açıqlama ilə çıxış edəcək.

Jurnalistlərin açıqlamanın nəyə həsr olunacağı ilə bağlı sualını cavablandıran Tramp “Anthropic” şirkəti ilə planlaşdırılan görüşə diqqət çəkib.

“Bildiyiniz kimi, çərşənbə axşamı ‘Anthropic’lə görüşümüz var. Bu, mühüm olacaq. Bu axşam isə ‘Anthropic’in rəhbəri Dario Amodei ilə şam edəcəyəm. ‘Anthropic’, bildiyiniz kimi, böyük nüfuza malik şirkətdir. Dario şirkətə rəhbərlik edir”, – deyə Tramp bildirib.

Mənbə: apa.az