Bu ölkə Rusiya müxalifətini birləşdirir - FSB detalları açıqladı

Bu ölkə Rusiya müxalifətini birləşdirir - FSB detalları açıqladı

Ukraynaya qarşı müharibənin başlamasından sonra Böyük Britaniya xaricdəki Rusiya müxalifətini fəal şəkildə birləşdirməyə çalışır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə FSB əməkdaşı bildirib.

Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, London müəyyən kateqoriyalı ruslardan öz ölkələrinə qarşı siyasi təzyiq və hibrid müharibə vasitəsi kimi istifadə edir. Rəsmi əlavə edib ki, britaniyalılar İkinci Dünya Müharibəsindən bəri bu məsələdə xüsusilə fəal olublar.

Onların məqsədi Rusiya mühacir icmasında ölkədə hökuməti əvəz edə biləcək alternativin yarandığı təəssüratını yaratmaqdır.

Müəllif: Tural

Mənbə: publika.az