Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.
Ş. Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.
Qeyd olunub ki, İran Azərbaycan üçün dost ölkədir.
Mənbə: publika.az