“Ermənistana təhlükə yaranacağı təqdirdə, ABŞ-nin İrana qarşı sanksiyalarına qoşulacağımız istisna deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, ABŞ-nin yeni sanksiyalarına görə İran aviaşirkətlərinin Ermənistana uçuşlarında dəyişiklik olub-olmayacağı ilə bağlı məsələni şərh edib.
“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla çox şəffaf işləyirik. Xüsusilə dost ölkələrlə dost olmaq üçün əlimizdən gələni edəcəyimizi deyirik, amma keçə bilməyəcəyimiz bir xətt var. Bu xətt, Ermənistanın özünün sanksiyalara məruz qala biləcəyi riskidir. Yəni,
Ermənistanın sanksiyalara məruz qalma riski yaranana qədər dostluğa sadiq qalacağıq. Amma özümüz sanksiyalara məruz qalsaq, nə edəcəyimiz barədə qərar verməli olacağıq”, - hökumət başçısı vurğulayıb.
Mürtəza
Mənbə: olke.az