Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

"Haber Global"a istinadən xəbər verilir ki, bunu deyən Pakistanın xarici işlər naziri İshaq Dar ölkələrin adlarını açıqlamayıb.

"Daha əvvəl Misir və Banqladeşlə yanaşı, Suriya, Qətər, Küveyt və Bəhreynin də ittifaqa qoşula biləcəyi gündəmə gəlib. İttifaqın ilk genişlənmə görüşləri isə Ər-Riyadda keçiriləcək növbədənkənar toplantıdan sonra başlayacaq", - məqalədə qeyd olunub.

Bildirilib ki, ittifaqa qoşulması ən çox gündəmə gələn ölkələr arasında Misir və Banqladeş var.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da avqust ayında verdiyi açıqlamada Misirin ittifaqa qoşulmasının mümkün olduğunu söyləyib. Qahirə hələ qərarını verməyib. Banqladeş isə ittifaqla bağlı müsbət mesaj verən ölkələr arasındadır.

Əlavə edilib ki, Məkkə sazişini imzalaya biləcək ölkələr arasında Suriya və İran da var.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

Mənbə: olke.az