Ermənistan parlamentində "Mülkü Müqavilə” və "Güclü Ermənistan" partiyalarının üzvləri arasında qarşıdurma baş verib.
Parlament sədri Ruben Rubinyan müxalifətdəki “Güclü Ermənistan” partiyasının üzvü Edqar Qazaryanın sözünü kəsdikdən sonra gərginlik artıb.
Edqar Qazaryan Milli Assambleya sədrini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edib. Rubinyan Qazaryanın çıxışının gündəliyin hüdudlarından kənar olduğunu iddia edib və ona çıxışını bitirməsinə imkan verməyib.
Bundan sonra "Mülkü Müqavilə" partiyasından olan millət vəkili Vahe Qalumyan yerindən qalxaraq məsələni yoluna qoymağa gedib. O, dəfələrlə “Güclü Ermənistan” partiyasından olan millət vəkili Vaqinak Vartanovu itələyib və nəticədə dava baş verib.
Parlament sədri Ruben Rubinyan fasilə elan edib və təhlükəsizlik işçilərinin müdaxiləsi olub.
Ehtiraslar tez bir zamanda səngiməyib. Deputatlar fikir ayrılıqlarını həll etməyə davam ediblər, bu dəfə dəhlizdə şifahi mübahisə baş verib.
Müəllif: Tural
Mənbə: publika.az