Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Paşinyan Putini ad günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb.
Həmçinin Ermənistan-Rusiya münasibətlərinin gündəliyindəki məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Mənbə: oxu.az