Pentaqon İrana mümkün zərbələr planları hazırlayır - KİV

Pentaqon İrana mümkün zərbələr planları hazırlayır - KİV

Tramp administrasiyası Pentaqona ara seçkilərdən əvvəl İrandakı hədəflərə zərbə endirmək üçün variantları hazırlamağı tapşırıb.

Bu barədə “The Atlantic” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Ağ Ev Pentaqondan ara seçkilərdən əvvəl həyata keçirilə biləcək İran hədəflərinə zərbə endirmək üçün variantların hazırlanmasını istəyib.

Həmsöhbətlər qeyd edirlər ki, mümkün hücumların miqyası və hədəfləri, eləcə də administrasiyanın sonda tədbir görüb-görməyəcəyi hələ də müzakirə olunur. Məlumata görə, planların ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən hazırlandığını dəqiqləşdirib.

"The Atlantic" əlavə edir ki, məhdud əməliyyat ara seçkilərdən sonra daha genişmiqyaslı hərbi əməliyyatlarla müşayiət oluna bilər.


Mənbə: unikal.az