Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş haqqında fəlsəfi düşüncələrə dalıb.
O, bu barədə özünün “Telegram” kanalında yazıb .
“Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Məgər bu, fundamental problem deyilmi: əgər tarix artıq baş veribsə, başqa nə edə bilərik?”, - deyə Paşinyan yazıb.
Ermənistan Baş nazirinin sözlərinə görə, tarix keçmiş kimi deyil, hələ gələcək kimi başa düşülməlidir, çünki Paşinyanın əlavə etdiyi kimi, bu yanaşma insanları əsl yaradıcılara çevirir.
Mənbə: publika.az