Vladimir Zelenski münaqişəyə son qoymaq üçün lazımi siyasi iradəni nümayiş etdirə bilmir və ABŞ prezidenti Donald Tramp Ukraynanın yeni bir liderə ehtiyacı olduğunu deyir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
“Tramp hesab edir ki, yeni prezidentin vaxtıdır. Niyə? Çünki Ukrayna prezidenti bu müharibəni dayandırmaq üçün çox məsuliyyətli və çox çətin qərarlar verməlidir. Ya Zelenski bu məsuliyyəti öz üzərinə götürəcək və siyasi iradəsini nümayiş etdirəcək, ya da nümayiş etdirməyəcək. İndiyə qədər bunu etməyib”, - deyə Peskov bildirib.
Amerika lideri bildirib ki, Zelenski dəfələrlə Ukrayna münaqişəsini həll etmək potensialına malik olsa da, bunu etməyib.
Buna görə də, o bildirib ki, Ukraynanın Rusiya ilə razılığa gələ biləcək yeni bir liderə ehtiyacı var. Tramp hesab edir ki, Zelenski Ukraynada seçkilər keçirməlidir.
Mənbə: publika.az